Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Vasif Talıbov Bakıxanovun nəticəsinə fəxri ad verib

Vasif Talıbov Bakıxanovun nəticəsinə fəxri ad verib

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın tanınmış bəstəkarına fəxri ad verilməsi haqda sərəncam imzalayıb.

“Report”un məlumatına görə, V.Talıbovun sərəncam ilə bəstəkar, professor Tofiq Əhməd Ağa oğlu Bakıxanova Naxçıvan Muxtar Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

T.Bakıxanov musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bu ada layiq görülüb.

Qeyd edək ki, Tofiq Bakıxanov 1930-cu ildə Bakı şəhərində anadan olub. O, tarixçi Abbasqulu ağa Bakıxanovun nəticəsi, tarzən Əhməd Bakıxanovun oğludur. 1973-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layıq görülüb.

T.Bakıxanov 1991-ci ildə ona Azərbaycanın xalq artisti adı verilib. 1994-2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. 2000-ci ildə “Şöhrət ordeni” ilə təltif olunub.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın