Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Vasif Məhərrəmli Manaf Ağayevlə aralarında olan inciklikdən danışdı – VİDEO

Vasif Məhərrəmli Manaf Ağayevlə aralarında olan inciklikdən danışdı – VİDEO

Əməkdar artist Vasif Məhərrəmli müğənni Manaf Ağayevlə aralarında yaşanan incikliklə bağlı açıqlama verib. 

Bu barədə o, “Günün sədası” verilişinə telefonla bağlanaraq danışıb:

“Manaf Ağayevin hər vəziyyətində çalışmışam yanında olum. Manaf dostumdur. Ürəyi uşaq ürəyi kimidir, baxanda çox pafosla danışır. Bir anlıq bir söz deyib, sonra peşmançılığını çəkir. Hər halıyla mənim dostumdur. Məndən küsə bilər, amma qardaş arasında, ailədə küsülülk ola bilər. Əsas odur ki, barışmağa işıq yeri olsun. Maddi və mənəvi hər zaman Manafın yanında olmuşam”.

Verilişdə qonaq olan Manaf Ağayev həmkarının ünvanına “Sən mənim qardaşımsan” deyib.

Qeyd edək ki, Manaf Vasifin ünvanına “Güvəndiyim dağlar sənə də qar yağdı” sözünü deyib. Daha sonra onlar sosial şəbəkədə bir-birini izləmədən çıxarıb.  

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …