Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Varlı balaları universitetin qabağında belə avtoşluq edir

Varlı balaları universitetin qabağında belə avtoşluq edir

“Zəngin rus uşaqları”nın daha bir avtoşluq videosu yayılıb.

Virtualaz.org xəbər verir ki, bu dəfə Moskva Dövlət Universitetinin qarşısında çəkilmiş video “maxim__m5” adlı istifadəçi tərəfindən Instagram səgifəsində paylaşılıb.

Video-çarxdan da görünür ki, BMW M5 avtomobilləri yolun hərəkət hissəsində digər avtomobillərin qarşısına çıxaraq rəqs edir, təhlükəli vəziyyət yaradırlar. Onlar qəza şəraiti yaradaraq maşınların hərəkətinə mane olurlar.

Qeyd edək ki, Rusiya Federasiyasının qanunvericiliyinin onları 12.14 və 12.15 –ci maddələrilə manevr etmə və ötmə qaydaların pozulması, qəza şəraiti yaratmaya görə cəza gözləyir. Qaydanı pozan bu şəxslər inzibati cərimələrlə yanaşı sürücülük hüququnda da məhrum edilə bilərlər.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın