Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Vaqif Mustafazadənin nəvəsi caz ifası ilə heyrətləndirdi – VİDEO

Vaqif Mustafazadənin nəvəsi caz ifası ilə heyrətləndirdi – VİDEO

Dünyaca məşhur caz ifaçısı və bəstəkar, Azərbaycanın Xalq artisti Əzizə Mustafazadə Almaniyanın Ştraubinq şəhərində konsert proqramı ilə çıxış edib.

Konsert proqramında Ə. Mustafazadə ilə bərabər onun oğlu – əfsanəvi babası Vaqif Mustafazadənin yolu ilə gedən gənc pianoçu Ramiz Xan da iştirak edib.

Tədbirdə “Blue Monk” caz standartını ifa edən R. Xan həm zaldakı tamaşaçıları, həm də instaqram sosial şəbəkəsindəki istifadəçiləri heyrətləndirib.

Qeyd edək ki, R. Xan Ə. Mustafazadənin “Generations” diskində təqdim olunmuş bir sıra kompozisiyaların həmmüəlifidir.

https://ok.ru/videoembed/2650201852522

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …