Bazar , Oktyabr 25 2020
Ana səhifə / Şou Biznes / Vaqif Bayatlı Bakıya qayıdıb – Vəziyyəti normaldı

Vaqif Bayatlı Bakıya qayıdıb – Vəziyyəti normaldı

Türkiyədə beyin əməliyyatı keçirmiş tanınmış şair Vaqif Bayatlı Bakıya qayıdıb.

Bu xəbəri onunla birgə Türkiyəyə getmiş professor Adil Qeybulla verib.

Adil Qeybulla deyib ki, hazırda Vaqif Bayatlının vəziyyəti normaldır: “Onun beynində təxminən 3 santimetr diametrində arteliyal –venoz molfarmasion var idi. Təzyiqi oynadığına görə qanama verirdi. Qanama da insult deməkdir və həyatı təhlükə altına qoyur. Vaqif müəllimdə bu, artıq bir neçə dəfə baş verib.

Yanaşı olaraq, müayinə zamanı ürəyində də bir problem çıxdı. Yəni ürəyin əsas damarlarından-taclamalardan birinin, ana xəttin daralması müşahidə edildi. Bu isə istənilən vaxt ürək krizi yarada bilər. O baxımdan ürəyinə də müdaxilə eləmək zərurəti yaranırdı.

Uzun müddətli konsilium keçirdik. Ən optimal variantı seçdik. Beyində olan törəməni amma bıçaq, qamma şüaları ilə müdaxilə eləmədən hədəfə aldılar. Bu, müalicə iki il müddətinə öz təsirini göstərəcək, törəmə tədricən büzüşüb, sorulub gedəcək. Bu situasiyada proses normal getməlidir. Bir müddət nəzarət altında olacaq”.

Adil Qeybulla deyib ki, Vaqif Bayatlı artıq evindədir, vəziyyəti normaldır.

Qaynarinfo.Az

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın