Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / Valideynləri şəhidimizin dəfninə gəlmədi – Foto

Valideynləri şəhidimizin dəfninə gəlmədi – Foto

Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri 1996-ci il təvəllüdlü İmran Xudaverdi oğlu Mirzəyevin dəfn mərasimində ailə üzvləri iştirak etməyib.

 

Axar.az-ın əldə etdiyi məlumata görə,  dəfn mərasimində şəhidin dayıları və xalaları iştirak ediblər.

 

Məlumata görə, valideynləri o, uşaqkən ayrılıblar. Hazırda anası Türkiyədə, atası isə Azərbaycanın bölgələrindən birində yaşayır.

 

Yevlax rayon Aran qəsəbəsi bələdiyyəsindən bildirilib ki, İmranın şəhid olması xəbərini anasına çatdırıblar və o, şəhidin üç mərasimində iştirak üçün ölkəyə gəlməyə hazırlaşır. Şəhidin atasının hansı bölgədə yaşaması barədə isə dəqiq məlumat olmadığından onun baş verənlərdən xəbəri yoxdur.

 

Xatırladaq ki, Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan əsgərimizin 2 bacısı var və onlar anaları ilə birlikdə Türkiyədə yaşayır.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın