Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Şou Biznes / Vahid Ələkbərov Pribaltikadakı yanacaqdoldurma məntəqələrini satır

Vahid Ələkbərov Pribaltikadakı yanacaqdoldurma məntəqələrini satır

Rusiyanın “LUKoil” şirkəti Litva və Latviyadakı yanacaqdoldurma məntəqələrini satmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov “Rossiya 24” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu qərar həmin ölkələrdəki Rusiya əleyhinə mövqe ilə bağlıdır.

Qeyd edək ki, şirkət Estoniyadakı aktivlərini artıq satıb.

V.Ələkbərov Rusiya-Türkiyə arasında yaranan siyasi gərginliyin isə “LUKoil”in bu ölkədəki fəaliyyətinə neqativ təsiri olmadığını və Türkiyədəki aktivlərini satmaq niyyətində olmadığını bildirib.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın