Çərşənbə , May 12 2021
Ana səhifə / Şou Biznes / Vahid Ələkbərov İstanbulda otel aldı

Vahid Ələkbərov İstanbulda otel aldı

Azərbaycanlı milyarder Vahid Ələkbərov Rusiya-Türkiyə arasında müşahidə edilən gərginliyə baxmayaraq Türkiyəyə sərmayə yatırıb.

Bu barədə Türkiyənin “Sabah” nəşri yazıb.

Məlumata görə, o İstanbulun Levent səmtində yerləşən “Edition” otelini alıb.

Nəşr yazır ki, otelin əvvəlki sahibi Azərbaycanlı iş adamı Palmalı şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov olub. O, bu binanı 2003-cü ildə alıb. 2010-cu ildən isə bina otel kimi fəaliyyət göstərib.

Qeyd edək ki, bununla Azərbaycanlı milyarder ikinci dəfə bu ölkəyə investisya qoyub. Belə ki, bundan öncə V.Ələkbərov enerji şirkəti “Akpeti” 500 milyon dollara almışdı.(oxu.az)

Həmçinin oxuyun

Ağadadaş Ağayevin xəstəxanadan FOTOSU

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev bu gün əməmliyyat olunacaq. Müğənni sosial şəbəkədə xəstəxanadan …

Bir cavab yazın