Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / Vəfadan Aqşinə sərt sözlər: “Onu kişi kimi kişi bilirəm, amma…” – VİDEO

Vəfadan Aqşinə sərt sözlər: “Onu kişi kimi kişi bilirəm, amma…” – VİDEO

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Vəfa Şərifova olub.

İfaçı, meyxanaçı Aqşin Fatehlə aralarında yaşanan qalmaqaldan danışıb:

“Aqşin Fateh “Nankor qadın” mahnısının sözlərini Nəfəslə mənə həsr edib. Bizə cavab olaraq klipində mənə bənzər bir xanımı çəkib. Mahnıda işlətdiyi ilan, nankor sözlərini mənə deyir. Yerimdə başqası olsaydı, cavab verərdi. Mən susuram.

Onu kişi kimi kişi bilirəm, ona yaraşdırmadım. Heç istəməzdim belə olsun. Arabir telefonla danışırdıq. Artıq o da yoxdur. Davamız olmayıb, amma hal-hazırda münasibətimiz də yoxdur. Canı sağ olsun. İşlərində uğurlar arzu edirəm”.

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …