Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Vətəndaşları hədələyən “falçı”dan polisə şikayət edildi- FOTOLAR

Vətəndaşları hədələyən “falçı”dan polisə şikayət edildi- FOTOLAR

Özünü falçı kimi təqdim edərək vətəndaşları hədələyən şəxsin əməlindən polisə şikayət edilib.

Cəlilabad rayonunda vətəndaşların mobil telefonuna zəng vuraraq özünü falçı kimi təqdim edərək əsasən qadınları hədələyən şəxs polis tərəfindən axtarışa verilib.

Moderator.az -ın cənub bölgəsində olan əməkdaşının xəbərinə görə özünü Elmir kimi təqdim edən şəxs qadınların mobil telefonuna özünün istifadəsində olan 051-694-52-32 nömrəli nömrədən zəng vuraraq onunla tanış olmadığı üçün ailəsini dağıdacağını, həyat yoldaşlarını ölümlə hədələyir. Məsələylə bağlı evinə zəng gələn vətəndaşlardan biri Cəlilabad rayon Göytəpə polis bölməsinə şikayət edib. Artıq faktla bağlı araşdırma başladılıb. Vətəndaşları hədələyən şəxsin fotosunu və yazdığı hədələyici mesajları təqdim edirik. İnsanlara daha nalayiq məsajlar yazan şəxsin mesajlarını münasib bilmədiyimiz üçün onları paylaşmırıq. Yaxın zamanda şəxsin kimliyi ilə bağlı polisin araşdırmasından sonra məlumat verəcəyik.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın