Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Şou Biznes / “Vətəndaşlardan icazə almalıydım ki, ərə gedim?” – Təranə

“Vətəndaşlardan icazə almalıydım ki, ərə gedim?” – Təranə

Tanınmış prodüser Təranə Səmədovanın özündən 6 yaş kiçik bəy ilə ailə qurması haqqında məlumat yayılıb. Belə ki, o, sosial şəbəkədə canlı yayım vasitəsilə ailə qurduğunu deyib. Pravda.az xəbər verir ki, Təranə Səmədova azxeber.com-a açıqlamasında bildirib ki, bütün bunlar sadəcə bir zarafatdır. Həmin insan ondan 7 yaş kiçikdir, amma ailə qurmayıblar, sadəcə dost münasibətindədirlər:

“Sosial şəbəkədə canlı yayım açmışdıq. İnsanlar dayanmadan yazdı ki, “Təranə xanım bu, bəy sizin yoldaşınızdır?” Biz də zarafatla dedik ki, bəli 42 dəqiqə ərzində ailə qurmuşuq. Vəssalam. Həmin dostum Rusiyada yaşayan insandır, heç Azərbaycan psixologiyasına uyğun biri deyil. Normal qadın-kişi dostluqlarını anlamayanlar, ironiyayla baxır. İki müxtəlif cinsin dostluğu normal bir şeydir.

O deyib ki, kim ilə istəsə, münasibət qura bilər: “Lap elə 6 yaş yox, 16 yaş kiçik bəy ilə ailə qurmuşam, kimə nə aidiyyatı var? Vətəndaşlardan icazə almalıydım ki, oğlan məndən 6 yaş kiçikdir, icazə verirsiniz mən ərə gedim? Rayonda Tovuzda özündən 22 yaş kiçik kişi ilə ailə quran qadın vardı, vallah heç kim də qınamırdı. Bizim millətin bəzi nümayəndələri niyə belə boşboğazdılar bilmirəm”.

Həmçinin oxuyun

“İstəyirəm mən öləndə hamı gülsün, sevinsin“

“Təkcə xanımlar yox, kişilər də paxıllıq edirdi. Hər zaman gözəl olmuşam. Buna görə də ən …