Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Vətəndaş şikayət etdi – Rəis işdən çıxarıldı

Vətəndaş şikayət etdi – Rəis işdən çıxarıldı

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Sabunçu Telefon Qovşağının texniki şöbəsinin rəisi Filman Məhərrəmov işdən azad edilib.

“ Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, bunun səbəbi vətəndaşın şikayəti olub. Belə ki, vətəndaş telefon çəkilişi ilə bağlı qovşağa dəfələrlə müraciət etsə də, ona texniki imkan olmadığı əsas gətirilib və bu xidməti göstərməkdən imtina ediblər. Sabunçu rayon sakininin bu məsələ ilə bağlı rabitə və yüksək texnologiyalar nazirliyinə şikayətindən sonra nazirlik araşdırma aparıb və məlum olub ki, telefon çəkilişinin aparılması üçün heç bir problem yoxdur və vətəndaşın müraciətinə qəsdən müsbət cavab verilmədiyindən rəis işdən azad edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən nöqsanları aşkar olunan onlarla qovşaq və poçt filialı rəislərinə şiddətli töhmət verilib və bir neçəsi işdən azad olunub.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın