Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Şou Biznes / Vəkildən Hicran Hüseynovaya qarşı İDDİA: “170 min dollarla bağlı yazılı qeydlər də var”

Vəkildən Hicran Hüseynovaya qarşı İDDİA: “170 min dollarla bağlı yazılı qeydlər də var”

Vəkil Adəm Məmmədov Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun verdiyi açıqlamanı təkzib edib. Hüquqşünas Modern.az saytına şöbə müdirinin onun barəsində səsləndirdiyi fikirlərin tamamilə yalan olduğunu deyib. O, bildirib ki, bu məsələ ilə bağlı adı çəkilən Komitədə olmayıb.

“Mən hüquqlarını müdafiə etdiyim şəxsin iddiasını müdafiə edirəm. Şikayətçi bildirib ki, pulu Səfər İmanov onun gözünün qarşısında komitənin sədri Hicran Hüseynovaya verib. Bu barədə müvəkkildə tutarlı dəlillər var. Hətta Səfər İmanovun aldığı pulları Komitə sədrinə verməsi haqda yazılı qeydlər də var”.

A.Məmmədov şikayətçi şəxsin öz ərizəsində Səfər İmanovla Hicran Hüseynovanın yaxın qohum olmasını da qeyd edib: “Sosial şəbəkələrdə bununla bağlı yazı ictimailəşdikdən sonra daha iki nəfər ona eyni motivlə zərərçəkmələri barədə müraciət edib. Lazım gələrsə bu faktları da açıqlayacağam”.

Məsələ ilə bağlı Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsi S.İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov AQUPDK-də olduğunu bildirib. A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 5-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.

“Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib”, – Dövlət Komitəsindən bildirilib.

Həmçinin oxuyun

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə …

Bir cavab yazın