Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Vəkil məhkəmə hakimin  Habil Əhmədovun cəzalandırılmasını istəyir – Nazirə məktub

Vəkil məhkəmə hakimin  Habil Əhmədovun cəzalandırılmasını istəyir – Nazirə məktub

“ATE HÜQUQ MƏRKƏZİ» MMC-nin direktoru Telman Əzimov Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova və Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri cənab Cavid Hüseynov rəsmi müraciət ünvanlayıb.
T.Əzimov bildirir ki, hüquqi xidmət göstərdikləri Məmmədov Fərid Mahmud oğlu cavabdeh Məmmədova Nanə Mahmudovnaya qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
04 may 2017-ci il tarixdə 2(007)-3268/2017 nömrəli işə baxılaraq, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədlərin aşağıda göstərilənlərə əsasən geri qaytarılması barədə hakim tərəfindən qərardad qəbul edilmişdir.
Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh Məmmədova Nanə Mahmudovanın poçt ünvanı Bakı şəhəri Nizami rayonu, Q. Qarayev prospekti, ev 54, mənzil 36 göstərilmiş, lakin sonuncunun hal hazırda həqiqətən həmin ünvanda qeydiyyatda olmasını sübut edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir.
Odur ki, hakim hesab etmişdir ki, iddia arizəsi ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən məhkəməyə verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
Hakimin istinad etdiyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbi iddiaçı tərəfindən pozulmamışdır.
Həmin Məcəllənin 149-cu maddəsində cavabdehin həmin ünvanda qeydiyyatda olmasını təsdiq edən sənədin göstərilən maddənin tələbində nəzərdə tutulmamışdır.
İş materiallarından görünür ki, hakim işi icraatına götürüb baxmaq istəmir və süründürməçiliyə yol verir. Bu da iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlari ilə qorunan hüquqlarının pozulması deməkdir. Hakim Əhmədov Habil Yunis oğlu qanunda nəzərdə tutulmayan tələbə istinad edərək süründürməçiliyə yol vermişdir. Bu da onu göstərir ki, hakim Əhmədov Habil Yunis oğlu qanun tələblərini ya bilmir, ya da bilmək istəmir. Yəqin ki, bilsəydi iddia ərizəsini geri qaytarılması barədə qərardad qəbul etməzdi.
İnanırıq ki, qanunun tələblərinə məhəl qoymayan hakim, Əhmədov Habil Yunis oğlu, nizam-intizam məsuliyyətinə cəlb olunacaqdır.
Bizimxeber.az

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın