Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Şou Biznes / Vəfa Şərifova: Ən çox qorxduğum məsələ bu idi

Vəfa Şərifova: Ən çox qorxduğum məsələ bu idi

“Anam yenidən dünyaya övlad gətirəndə bətnində uşaq tələf olub. Həmin an qanında zəhərlənmə gedib və bundan anam dünyasını dəyişib. Mən isə körpə ikən anasız qalmışam”.

Bu sözləri müğənni Vəfa Şərifova qonaq olduğu “Xəzər axşam”ı verilişində deyib.

Sənətçi bildirib ki, övladları yenicə dünyaya gələndə onlara qarşı heç bir hissi olmayıb:

“Anasız böyüdüyüm üçün “Niyə mənim anam yoxdur?” deyib, Allaha üsyan etdiyim vaxtlar olub. Amma indi fikirləşirəm ki, anam olsaydı, bu gün onu itirmək qorxusu ilə yaşamaqdansa, bu hissi yaşamamaq daha yaxşıdır.

Bəzən anasız böyüyün insan ana qayğısı və nəvazişi görməyəndə o hissləri öz övladına göstərə bilmir. Ən çox qorxduğum məsələ də bu idi. Hər iki övladım yenicə dünyaya gələndə beş-altı ay onlara qarşı heç nə hiss etmirdim. Zamanla hər şey dəyişir. Vaxtımın çox hissəsini övladlarımla keçirirəm. Sevgimi onlara ifrat şəkildə göstərirəm”.

V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. Müğənni keçən ilin sentyabrında ikinci dəfə ana olub.

Onun oğlan övladı dünyaya gəlib. Vəfanın Məryəm adında bir qızı da var.

Həmçinin oxuyun

“Nisə Qasımova nankor insandır, ona haqqımı halal etmirəm”

“Nisə Qasımovanı Zeynəb Xanlarovanın yanına mən aparmışam. Onlar bəstəkar Ələkbər Tağıyevin evində görüşmüşdülər. Mən fortepianoda …