Cümə axşamı , İyun 1 2023
Ana səhifə / Şou Biznes / Üzeyir Mehtizadənin “YouTube” kanalının baxış sayı 1 milyardı ötüb

Üzeyir Mehtizadənin “YouTube” kanalının baxış sayı 1 milyardı ötüb

Müğənni Üzeyir Mehtizadənin “YouTube” kanalı “Uzeyir Mehdizade Official” bu platformada baxış sayı 1 milyardı keçən ilk Azərbaycan rəsmi kanalı olub.

2,06 milyon abunəçisi olan kanalda 311 video yerləşdirilib.

Qeyd edək ki, 2020-ci ilin yanvarında “YouTube” video portalı kanal abunəçilərinin sayı 1 milyona çatan Ü.Mehtizadəni “qızıl düymə” ilə mükafatlandırıb.

Xatırladaq ki, Ü.Mehtizadə 1992-ci il mayın 19-da anadan olub. İfaçının ondan çox albomu buraxılıb. O, Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və başqa ölkələrdə solo konsertlər verib. Oxu.az

Həmçinin oxuyun

Kənan MM nazirliyə müraciət etdi – “Böyrəyimi satıram”

Kinorejissor, aktyor Kənan Mahmudov (MM) Mədəniyyət Nazirliyinə müraciət edib. O, feysbuk hesabında nazirliyə müraciətində qeyd …