Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / ÜST: Gələcək nəslin ömrü əvvəlki nəsildən daha qısa olacaq

ÜST: Gələcək nəslin ömrü əvvəlki nəsildən daha qısa olacaq

Hazırda dünyada 382 milyon diabetli xəstə var, 20 il sonra isə bu rəqəm 55 faiz artaraq təqribən 600 milyona çatacaq
Dünya tarixində ilk dəfə olaraq gələcək nəslin ömrünün əvvəlki nəsildən daha qısa olacağı müəyyənləşib. “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Açıqlamada bildirilib ki, hazırda dünyada 382 milyon diabetli xəstə var. 20 il sonra bu rəqəm 55 faiz artaraq təqribən 600 milyona çatacaq. Xüsusilə də Avropada bu xəstəlik dörd qat daha sürətli artır. Eyni zamanda, dünyada diabet, köklük, ürək damar xəstəlikləri və xroniki xəstəliklərdə böyük artım müşahidə olunur: “Bundan başqa, Beynəlxalq Diabet Federasiyasının yaydığı məlumata əsasən, dünyada hər 6 saniyədə şəkərli diabetdən əziyyət çəkən bir insan dünyasını dəyişir. Həmçinin, xəstəliklə əlaqədar keçən il 5 milyon insan vəfat edib. Xəstəliyə daha çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə rast gəlinir. Dünyada hər 11 nəfərdən biri diabet xəstəsidir. Xəstələrin yarısı da xəstəliyindən xəbərsizdir ki, bu da olduqca narahatedici məqamdır. Tədqiqatlar zamanı hər 10 diabet xəstəsindən 8-nin aşağı və orta gəlirli ölkələrdə yaşadığı məlum olur”.

Xatırladaq ki, şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. ÜST-ün 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib. Diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.

Qeyd edək ki, bu gün Ümumdünya Diabet Günüdür. Bu günün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın