Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Şou Biznes / “Uşaqlarım artıq-əskik paylaşım etsə, başlarını kəsərəm” – Əməkdar artist

“Uşaqlarım artıq-əskik paylaşım etsə, başlarını kəsərəm” – Əməkdar artist

Əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə yayılan qeyri-etik görüntülərdən danışıb. 

Axşam.az-ın məlumatına görə, müğənni “Gündən-günə” verilişində bildirib ki, bu hallar onu çox əsəbiləşdirir:

“Sosial şəbəkə çox əla bir şeydir. İnsan yeni adamlarla tanış olur, mahnısını paylaşır, məlumatlar alır. Biri də var səhifəni verirsən lazımsız, qanmaz insana. 50-60 il qazanılan hörməti 1 saniyəyə məhv edir.
 
Biz 70 müğənni bəzi qurumlara müraciət etdik ki, bizim milli dəyərimizi pozan paylaşımların qarşısını alsınlar. Bir video göndərilir, olar onu paylaşmayaq?

Mənim uşaqlarım heç kimə şərh yaza bilməz. Ancaq öz yaxın dostlarına bəyəni qoyub, irad yaza bilərlər. Girib müğənnilərin paylaşımına təhqirlər yaza bilməzlər. Uşaqlarımı göstərmirəm. Niyə hansısa başdanxarab mənim uşağıma, xanımıma şərh yazsın? 

Övladımın sosial şəbəkədə nə yerləşdirdiyinə baxıram. Artıq-əskik nəsə paylaşsa, onun başını kəsərəm”.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …