Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Uşaqlarda nitqi ləngidən fizioloji amillər

Uşaqlarda nitqi ləngidən fizioloji amillər

Nitqin pozulması nitq ünsiyyətinin məhdudluğu uşağın şəxsiyyətinin formalaşmasında mənfi təsir göstərə bilər, psixi təbəqələşmə və emosional-iradi sahədəspesifik xüsusiyyətlər yaradar (utancaqlıq, neqativizm, acizlik və.s.).
Nitq pozğunluqlarının səbəbi iki istiqamətdə izah olunur. Nitq pozuntularının yaranmasında aparıcı rol mərkəzi sinir sisteminin və periferik nitq aparatının pozulmasından götürülür.
Normal uşaqlarda da nitq ləngiməsinə rast gəlinir. Bu bir neçə səbəbdən ola bilər. Ağız əzələlərinin, dişlərin, çənənin düzgün inkişaf etməməsi, 0-1 yaşında keçirilən ağır xəstəliklər, infeksion xəstəliklər, aldığı travmalar, eşitmə pozuntusu, doğuş zədələri, hamiləlik zamanı güclü toksikoz, psixi və fiziki zədə, rezus faktora görə qan uyğunsuzluğu, asfiksiya( tənəffüsün pozulması nəticəsində beyində oksigen çatışmazlığı) uşağın kəllədaxili qansızmalar da nitqin düzgün inkişafına əngəl ola bilər.
Nitqin ləngiməsi zamanı əsasən bu problemlər ortaya çıxır:
  1. – Nitqin hərtərəfli pozuntusu
  2. – Deyilişi zamanı səs pozuntusu
  3. – Qrammatik cəhətdən düzgün olmayan deyiliş
  4. – Lüğət ehtiyatının zəifliyi
  5. – Tempin və ahəngin pozuntusu
  6. – Deyilən müraciəti anlamaması
Artikulsiya aparatında aşağıdakı qüsurlar ola bilər:
  1. – USİ (uşaq serebral iflici) nəticəsində nitq orqanlarının iflici
  2. – “Qurdağız” (yumşaq və sərt damağın yarığı)
  3. – “Dovşandodaq”(üst dodağın yarığı)
  4. – Progeniya – alt çənə üst çənədən qabağa çıxır.
  5. – Proqnatiya – üst çənə alt çənədən qabağa çıxır.
  6. – Açıq dişləm
  7. – Yan dişləm
  8. – Dodaqların həddindən artıq böyük olması
  9. – Dilin böyük olması
  10. – Dilaltı qədəhin qısa olması və.s.
 0-2 yaş arasında uşaqların televiziyaya baxması inkişafa, xüsusilə də nitq inkişafına çox mənfi təsir edir. Bu yaşlarda televiziyadan, digər elektron vasitələrdən çox istifadə edən uşaqlarda sinir-psixi, nitq inkişafında geri qalmaların şahidi olur. Çünki, uşaq çoxsaylı qarışıq səslər eşidir və bu onun qəbul etdiyi səsləri hecalara və sözlərə çevirməyə imkan vermir. Üç yaşdan sonra olar, amma vaxt məhdudiyyəti çərçivəsində və yaşa uyğun olaraq….
Nigar Qurbanova
Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi
 narınc.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın