Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Uşaqlara qarşı 9 ayda 7 seksual hərəkət olub – ŞOK

Uşaqlara qarşı 9 ayda 7 seksual hərəkət olub – ŞOK

“Bu ilin yanvar-sentyabr aylarında azyaşlılara qarşı seksual xaraketrli cinayətlərin statistikası açıqlanıb. 9 ayda uşaqlara qarşı 29 zorakılıq hərəkətləri müəyyənləşib. Bu dövrdə azyaşlılara qarşı 7 seksual hərəkətlər olub. Amma qeyri-rəsmi rəqəmlər rəsmi göstəricilərdən dəfələrlə çoxdur”.
Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilat uşaqlara qarşı zorakılıqla bağlı araşdırma aparıb: “Zorakığa məruz qalanların dəqiq statistikası yoxdur. Araşdırmalardan da bəlli olur ki, uşaqlara qarşı zorakılıq və ya seksual hərəkətlərin əksəriyyəti gizli qalır. Bunun da müxtəlif səbəbləri var. Bir çox ailələr seksual zorakılıqla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməkdən çəkinirlər. Araşdırma zamanı məlum olub ki, azyaşlıların çoxu yaxın qohumlar və atalıqları tərəfindən zorakılığa məruz qalır. Digər səbəb məlumatların açıqlacağı təqdirdə qızlarının cəmiyyətdə biabır olacağı düşüncəsidir. Yəni cəmiyyətin qınağı da belə cinayətlərin açıqlamasına imkan vermir”.
K.Ağazadə dedi ki, zorakılıqla məruz qalan ailələrlə söhbətlər aparılıb. Onlar hara müraciət edəcəklərini bilmirlər: “Bu il bizim sığınacağa seksual zorakılıqla bağlı 10 müraciət daxil olub. Lakin müraciət edənlərdən yalnız ikisi bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyə razı olublar. Digər 8 fakt isə ailələrin razılığı olmadığından araşdırılmadı”.
K.Ağazadənin fikrincə, bu sahədə maarifləndirici tədbirlərin aparılmasına ehtiyac var: “Ailələr bilməlidir ki, heç bir əməl cəzasız qalmamalıdır. Uşaqlara qarşı zorakılıq hadisələrində günahsız tərəf uşaqlardır. Bu hadisənin onların gələcək həyatlarına təsirsiz ötüşməsi üçün hərtərəfli tədbirlərə ehtiyac var”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın