Ana səhifə / Şou Biznes / Uşaqlara ən çox qoyulan adlar – SİYAHI

Uşaqlara ən çox qoyulan adlar – SİYAHI

Bu ilin 8 ayı ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edən adların statistikası açıqlanıb.

Azinforum.az xəbər verir ki, Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu il doğulan oğlan uşaqlarına ən çox verilən ad Yusif adıdır. Belə ki, 1841 uşağa Yusif adı qoyulub. Digər üstünlük təşkil oğlan adları isə Hüseyn (1300), Əli (1220), Ömər (978), Məhəmməd (756), Tunar (745), Murad (734), Ayxan (698), Uğur (677), İbrahimdir (497).

Bu ilin 8 ayı ərzində qız uşaqlarına qoyulan adlar arasında populyarlıq qazanan ad isə Zəhra adıdır. Belə ki, 1611 nəfərə bu ad verilib. Digər üstünlük təşkil edən qız adları isə Nuray (1249), Fatimə (1051), Zeynəb (1018), Aylin (952), Məryəm (871), Ayan (768), Mələk (756), Mədinə (597), Səmadır (592).

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın