Bazar , Oktyabr 25 2020
Ana səhifə / Şou Biznes / Uşaqlar arasında xərçəng xəstəliyi yayılmaqdadır

Uşaqlar arasında xərçəng xəstəliyi yayılmaqdadır

Uşaqlar arasında rast gəlinən onkoloji xəstəliklər digər yaş qruplarından xeyli fərqlənir. Leykemiya uşaqlar arasında qeydə alınan bütün bədxassəli onkoloji xəstəliklərin 30 faizini təşkil edir. Digər tez-tez rast gəlinən bədxassəli törəmələr isə mərkəzi sinir sisteminin şişləri və limfomalardır.

Səhiyyə Nazirliyinin hər il fevralın 15-də qeydə olunan Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilə bağlı məlumatında belə deyilir.

Nazirlikdən virtualaz.org saytına bildiriblər ki, yalnız uşaqlara xas olan bədxassəli embrional törəmələr vardır. Bu törəmələrə neyroblastoma, nefroblastoma, medulloblastoma, retinoblastoma və digər şişlər aiddir. Süd vəzi, ağciyər, çənbər bağırsaq və düz bağırsağın şişləri isə adətən böyüklərdə qeydə alınır və uşaqlarda çox nadir hallarda rast gəlinir.

Qeyd edək ki, Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü hər il keçirilir. Həmin gün bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olmaq, bu xəstəliyə dair geniş əhalinin maariflənməsinə təkan verməyə çalışır. Bu gün həm də onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara dünya ictimaiyyətinin diqqətini yönəltmək və onların problemlərinə şərik olmağa səsləmək üçün mühüm əhəmiyyət kəsb edir. 15 fevralda bütün dünya bir araya gələrək uşaq xərçəng xəstəliyinin diaqnostikası və müalicəsinin prioritet məsələ olduğunu bir daha göstərir və milyonlarla uşağın və valideynin səsinə səs verir. Həmin gün bütün dünya xərçəng xəstəliyindən vəfat etmiş uşaqların əziz xatirəsini anır və xərçəngə qalib gəlmiş uşaqların cəsarətliyi və fədakarlığını qeyd edir.

Nazirlikdən qeyd ediblər ki, uşaqlar arasında xərçəng xəstəliyinin rastgəlmə tezliyi də fərqlidir. Uşaq Xərçəng Xəstəliyi dedikdə adətən 16 yaşadək uşaqlarda inkişaf edən xərçəng xəstəlikləri nəzərdə tutulur. Uşaq xərçəng xəstəlikləri nadir olsa da, bütün xərçəng xəstəliklərinin 0.5-1.5 faizini təşkil edir. Dünyanın əksər ölkələrində il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın