Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Universitet rəhbəri professorun maaşını vermir

Universitet rəhbəri professorun maaşını vermir

Professor Xaləddin İbrahimli Azərbaycan universitetinin ona bir illik maaşını ödəməmələrindən şikayətçidir. 

Bu barədə “Qafqazinfo”ya məlumat verən X. İbrahimli bildirib ki, univerisitet bir ildir ona maaşını ödəmir: “2014-2015-tədris ilində iki dissertantın elmi rəhbəri olmuşam. Buna görə mənə bir manat da verməyiblər. Hər dəfə “gələn ay verəcəyik” deyərək aldadırlar. Təxminən 1 il üçün mənə 2000 manat pul ödəməlidirlər. Hər ay hansısa sənədin yenidən hazırlanacağını bəhanə edirlər. Gah deyirlər ki, müqavilə olmayıb-müqavilə bağlanandan sonra deyirlər ki, düzgün hesablanmayıb, yenidən hesablanmasına ehtiyac var”.

Professor problemin universitetin keçmiş rektoru Eldar Qəhrəmanovun dövründə baş verdiyini qeyd edib: “Yeni rektor Fərid Əhmədov da bu gün-sabah deyərək problemin həllini yubadır”.

“Qafqazinfo” məsələ ilə bağlı universitetin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Bildirilib ki, Xaləddin İbrahimlinin iddia etdiyi kimi ona ödənilməli olan məbləğ 2000 manat deyil: “Bu rəqəm 500 manat təşkil edir. Biz onunla danışmışdıq və demişdik ki, bir neçə günə məbləğ onun hesabına köçürələcək. Artıq qeyd olunan məbləğ onun hesabına köçürülüb”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın