Ana səhifə / Şou Biznes / Ülvira ARB-dən getdi

Ülvira ARB-dən getdi

Ülvira Qarayeva ARB TV-dəki işindən ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda o sosial şəbəkədə məlumat yayıb. Bildirib ki, artıq ARB-də və “Günə son” verilişində çalışmayacaq: “Bütün iş yoldaşlarıma – qırğınla efirə çıxdığım, sonra dostlaşdıqlarıma da, ilk gündən səmimi olduqlarıma da – hər kəsə təşəkkür edirəm. Kimisi mənə yenidən saflığı, kimisi yaxşılığa doğru dəyişmək potensialını göstərdi. Ümumi şəkildə olanların və olmayanların hamısının mənim üçün yeri başqadı.

Kanalın şefi İsmət müəllimə əməkdaşlığa görə ayrıca dərin təşəkkürlər. Yaxşı ki, sizi tanımışam”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …