Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Şou Biznes / Üç dəfə əməliyyata girdi, “qlamur cücə” oldu – Video

Üç dəfə əməliyyata girdi, “qlamur cücə” oldu – Video

Xalq artisti Aygün Kazımova müzakirələrə səbəb olan bir layihəyə imza atıb. “Qafqazinfo” xəbər verir ki, 46 yaşlı müğənni klipini “Cücələrim” (bəstəkar- Qəmbər Hüseynli, sözlər- Tofiq Mütəllibov) mahnısının 70 illiyinə həsr edib. 

O, “cazibədar və qlamur cücə” obrazına girərək kamera qarşısına keçib.  Yeni aranjımanda ifa olunan mahnıya çəkilən klipinin “Backstage”i sənətçinin “youtube” səhifəsində yerləşdirilib.

Bundan başqa, Kazımovanın bu layihəsi də sosial şəbəkələrdə müzakirə olunub.

Xalq artistini tərifləyən və tənqid edənlər olub. İstifadəçilər iddia edir ki, xalq artisti “Cücələrim” üçün 3 dəfə əməliyyata girib və seçimini düzgün etməyib.

Digərləri isə onun müəyyən yaşa gəldiyini, artıq bu tipli layihələrə fasilə verməyini məsləhət görüblər.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …