Ana səhifə / Şou Biznes / Türklər həm bizdən oğurladı, həm də şikayət etdi – Video

Türklər həm bizdən oğurladı, həm də şikayət etdi – Video

Türk izləyicilər Yutub şəkəbəsinə yerləşdirilən “Leyli və Məcnun” filmimizi şikayət edib, filmin bloklanmasına səbəb olublar.
Bu barədə Vikipediyada Azərbaycan kino sənəti portalının, eləcə də Yutub şəbəkəsində “Azərbaycan kinosu” kanalının yaradıcısı Vüsal Ağayev məlumat verib. O qeyd edib ki, 1973-cü ildə çəkilən “Yunus Əmrə” adlı türk filmində 1961-ci ildə çəkilmiş Lətif Səfərovun “Leyli və Məcnun” filmindəki kadrlardan istifadə olunub:
“Yunus Əmrə” adlı türk film var. 1973-cü ildə çəkilib, hətta mükafatlar da alıb. Amma filmdə 1961-ci ildə çəkilmiş Lətif Səfərovun “Leyli və Məcnun” filmindəki kadrlardan istifadə edilib. İndi türk filmlərini yerləşdirən “Fanatik film” Yutub kanalı bizim filmdən kadrların oğurlanıb istifadə edilməsinə rəğmən, “Leyli və Məcnun”u şikayət edib və film mənim kanalımda bloklanıb. Nə qədər ki, “Azərbaycanfilm” kinostudiyası öz rəsmi, yüksək keyfiyyətli kanalını açıb öz filmlərinin müəllifliyini qorumayacaq, belə hallar baş verəcək. Mən də məcbur oldum həmin kadrları filmdən çıxarıb bir daha yerləşdirdim”.(Teleqraf.com)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın