Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Türkiyə kürdləri Azərbaycan bayrağına hörmətsizlik etdi

Türkiyə kürdləri Azərbaycan bayrağına hörmətsizlik etdi

 

Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın Almaniyanın Hamburq şəhərində mitinq keçirdiyi binanın salonunda Azərbaycan bayrağına hörmətsizlik edilib.

Bununla bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mustafa Varank “twitter” səhifəsində şəkil paylaşaraq HDP-nin hərəkətini sərt şəkildə tənqid edib.

Mitinq keçirilən salonda Türkiyə bayrağı ümumiyyətlə olmayıb. Azərbaycan bayrağındakı ayparanın görünməməsi üçün isə bayrağa düyün vurulub.

“HDP-nin bayraq düşmənliyi: Türkiyə bayrağını asmadığı kifayətlənməyib, ay ulduzlu Azərbaycan bayrağını da bağlayıblar” – deyə Mustafa Varank statusunda yazıb (publika.az).

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın