Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Şou Biznes / Türkanın bu şəklini ələ saldılar

Türkanın bu şəklini ələ saldılar

Müğənni Türkan Vəlizadənin instaqramdakı paylaşımı gülüşə səbəb olub.  “Qafqazinfo” xəbər verir ki, ifaçı bir neçə gün bundan əvvəl sosial şəbəkədə fotosunu izləyiciləri ilə bölüşüb. 

Türkan vizajını edən xanımın adını qeyd edərək ona təşəkkürünü bildirib. Maraqlısı budur ki, ifaçı foto çəkdirən zaman “Snapchat”dan istifadə edərək makiyajını üstünə süni makiyaj əlavə edib, proqramla kipriklərini qalınlaşdırıb.

“Photoshop ifşa” səhifəsi də müğənninin görüntüsünü paylaşaraq onu ələ salıb: “Makiyaj üzərinə bir də “Snap” geyindirmək nədir axı? Kiprik altı kipriyim var”.

Bundan sonra instaqram istifadəçiləri də Türkanın bu addımını tənqid ediblər.



Həmçinin oxuyun

Deputat Günelə ev bağışlayıb? – VİDEO

“Söz-söhbətlər gəzirdi ki, guya mənə hansısa deputat ev bağışlayıb”. Bu sözləri “Pişik” ləqəbi ilə şou-biznesdə …