Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Şou Biznes / Türkan Vəlizadə: “Çobana ərə gedib, ferma tikib, bizneslə məşğul olaram” VİDEO

Türkan Vəlizadə: “Çobana ərə gedib, ferma tikib, bizneslə məşğul olaram” VİDEO

Müğənni Türkan Vəlizadə şəxsi həyatı ilə bağlı yeni açıqlamaları ilə gündəmə gəlib.

ARB TV-də yayımlanan “Ona qalsa” səhər şousunda qonaq olan sənətçi ailə həyatı quracağı şəxs barədə müzakirələrə səbəb olacaq etiraflar edib.

Verilişin aparıcısı Nazilə Səfərlinin “Çobana ərə gedərsən?” sualına T.Vəlizadənin cavabı belə olub:

“Hazırda həyatımda ürəyimi sevgi ilə dolduran bir şəxs yoxdur. Bu barədə danışmaq istəmirəm. Bir insanı sevəndə gərək onu olduğu kimi qəbul edəsən. Əgər inam yoxdursa, ortada sevgi ola bilməz. Ən əsası inam olmalıdır. İtirmək qorxusunu da itirmişəm.

Çoban oğlana ərə gedərəm. Pandemiya səbəbindən sənətçilərin bütün işləri dayanıb. Toylarımız, tədbirlərimiz, qazanc yerimiz yoxdur. Çobanla evlənib, ferma tikib, bizneslə məşğul olarıq”.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …