Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Türk məşhur: “Həbsimlə bağlı xəbəri Azərbaycan TV-sində gördüm” (VİDEO)

Türk məşhur: “Həbsimlə bağlı xəbəri Azərbaycan TV-sində gördüm” (VİDEO)

Türkiyədə ictimai media hesablarından mahnı söyləyərək videolar paylaşan və bunun hesabına məşhurlaşan 23 yaşlı Simge Barankoğlu polis tərəfindən saxlanılması xəbərlərinə reaksiya verib.
Unikal.org xəbər verir ki, Simge Barankoğlu elektron siqaret reklamına çəkildiyi üçün polis tərəfindən saxlanılmasını təkzib edib:
“İki gündür mənim saxlanılmağımla bağlı xəbərlər yayılır. Elektron siqaret reklamında çəkilməyimlə əlaqədar heç bir halda istintaqa çağırılmamışam. İstintaqa çağırılmağımla bağlı ilk məlumatı Azərbaycan televiziyasında yayımlanan xəbərdən öyrəndim. Xahiş edirəm Azərbaycan TV-ləri haqqımda düzgün məlumat yaysınlar. Əks halda haqqımda bu cür əsassız xəbərlər yayanları qanuni yollarla məhkəməyə verəcəm”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …