Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Turizm şirkəti vətəndaşı aldadıb

Turizm şirkəti vətəndaşı aldadıb

Bakı sakini “Dervish travel”in soyğunçuluğu ilə bağlı məhkəməyə müraciət eləməyə hazırlaşır…

 
Türkiyəyə istirahətə getmək istəyən Bakı şəhər sakini Tapdıq İmanov “Dervish travel” şirkəti tərəfindən aldadılıb. İstirahətinin sanki bir əzab olduğunu və pullarının batdığını deyən şikayətçi “Dervish travel”dən onun pullarını geri qaytarmasını tələb edir:
“Avqustun 1-də ”Dervish travel” turizm şirkətinə müraciət etdim. Dedilər ki, müddət avqustun 16-dan 21-ə kimidir. Razılaşdım. Daha sonra “Dervish travel”in ofisinə gəldim. Mənə dedilər ki, 5 nəfər üçün istirahət 5 min dollardır. Mən də bildirdim ki, pulu banka köçürüm, razılaşdılar. Sənədləri aldıqdan sonra bilet alıb ailəmlə getdim Bodruma. Bodruma saat 2-də gəldik. Onlar bizi 2-də otelə yerləşdirməli idilər. Amma yerləşdirmədilər. Bizi “Royal Arena Resort & SPA” otelinə gətirdilər. Dedilər ki, gözləyin, sonra da bizə başqa otaq verəcəklərini dedilər. Məndən otağa yerləşmək üçün 800 dollar pul istədilər. Otağa baxanda 5 nəfər üçün balaca olduğunu gördüm. Ondan sonra mənə dedilər ki, sizin otaq otelin 3-cü mərtəbəsindədir. Həmin otaqda paltar yuyulan yerin yanında yerləşirdi. Orada bütün paltar yuyucu maddələrin iyi gəlirdi. Orada qalmaq mümkünsüz idi. Oteldən mənə dedilər ki, boş yer yalnız buradır. İstəyirsiz qalın, istəmirsinizsə yox. Mən də “Dervish travel”də danışdığım Nadir adlı şəxsə mesaj yazdım ki problemi həll etsin. 5-in yarısında, biz ora çatandan 2 saat yarım sonra dedilər ki, gəlin otağa. Biz imtina etdik”.
 
Şikayətçi daha sonra deyir: “Ailəmi də götürüb hava limanına gəldim. Ancaq qayıtmağa bilet tapa bilmədik. Aeroportdan otel axtarmağa məcbur oldum. Butik otel deyilən kiçik bir otel tapdım. İki gün orada qaldıqdan sonra “Dervish travel”in Türkiyədəki “Alaska travel” adlı agentliyi gəldi. Nümayəndənin adı Seymur idi. Dedi ki, 1700 dollar ver səni başqa otelə aparım. 1700 dollar verəndən sonra bizi Amara adlı otelə gətirdi. Orada da iki gün qaldıqdan sonra uşaqlarım zəhərləndi. Yalnızca mənim uşaqlarım deyil, oteldə olan hər kəs zəhərləndi. Mənim iki uşağım daxil olmaqla bir gecədə 18 nəfəri xəstəxanaya apardılar. Nadirə zəng etdim cavab vermədi. “Dervish travel”in Türkiyədəki “Alaska travel” agentiyinin bizi otelə yerləşdirən nümayəndəsi Seymura zəng etdim. Mənə gəlirəm dedi, amma gəlmədi. Heç zəhərlənmənin səbəbləri də bəlli deyildi. Bundan sonra Azərbaycana qayıtdıq. Biz 2 gün öz pulumuza başqa oteldə qaldıq. 5 günə isə yenidən 1700 manat ödədim. Halbuki bütün bunları “Dervish travel”in Türkiyədəki “Alaska travel”  həll etməli idi. Mən bunun üçün onlara 5 min dollar pul ödəmişdim. Ümumilikdə 6700 dollar xərclədim ki, bu da heç bir çərçivəyə sığmır. Bu AZAL, bilet, xidmət problemi deyil. Azərbaycana gələndən sonra verdiyim 1700 dollarımı istədim. Dedilər ki, “Alaska travel”lə danışıb sənin 1700 dollarını qaytarmağa çalışaram. Dedi ki, zəng edəcəyəm, amma etmədi. Sonra da dedi ki, mənlik deyil, Seymurluqdu. Mən ona cavabdeh deyiləm onlarla çalışaram”.
 
Şikayətçi üzləşdiyi haqsızlığın öz həllini tapmasını tələb edir və məhkəməyə müraciət edəcəyini deyir.
Məsələ ilə bağlı ittihamlarda adı hallanan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın