Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Şou Biznes / Turistləri aldadan taksi sürücülərinin “bazarı” bağlanır

Turistləri aldadan taksi sürücülərinin “bazarı” bağlanır

“Yaxın günlərdə Bakı Nəqliyyat Agentliyi taksilərdə vahid qiymətin tətbiq edilməsi ilə bağlı görəcəyi tədbirləri ictimaiyyətə açıqlayacaq”

Bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, taksi sistemində müəyyən standartlar tətbiq olunmalıdır: “Məsələn, tez-tez taksi sürücülərinin sərnişinləri və ya turistləri aldatdığını görürük. 1 manatlıq yolu 5-10 manata aparırlar. Belə halların olması turistlərdə ölkəmiz haqqında mənfi imic formalaşdırır. Bu cür halların, suni qiymət artımın qarşısının alınması üçün vahid taksi tariflərinin müəyyənləşdirilməsi mütləqdir. Bu yaxınlarda Bakı Nəqliyyat Agentliyi bununla bağlı tədbirlərini ictimaiyyətə açıqlayacaq. Paytaxtımızın inkişafına uyğun vahid taksi sistemi qurulacaq və təqdim olunacaq”.

M.Ağayev bildirib ki, ölkımizə gələn turistlərin bu qiymətlərdən xəbərdar olması üçün bütün lazımi tədbirlər görüləcək, məlumat vermə vasitələrindən istifadə olunacaq.

“Hava limanında fəaliyyət göstərən taksilərlə bağlı ayrıca layihəmiz olacaq və həmin layihə çərçivəsində turistlər hava limanından şəhərin mərkəzinə gələn zaman artıq məbləğ ödəməyəcəklər, aldadılmayacaqlar”.

M.Ağayev qeyd edib ki, taksilərdə vahid qiymət əsasən müxtəlif kriteriyalar əsasında formalaşacaq. “Vahid qiymətlə bağlı detallar hələ formalaşmayıb. Ola bilsin ki, qiymətlər əraziyə, günün saatlarına görə dəyişsin. Bu qərar paytaxtda fəaliyyət göstərən istər fərdi, istər sifarişli taksilərin hamısına şamil ediləcək. Ola bilər ki, burada spesifik yanaşmalar tətbiq edilsin, lakin tam dəqiqləşmədiyi üçün detallar bəlli deyil”.

Həmçinin oxuyun

“Uşaq-muşağa fəxri ad, bizə isə işgəncə verib sənətdən küsdürürlər, günahdır, utanmırsınız?”

“Deyəcəyəm aparıcılara bu gündən məni efirdə fəxri adımla təqdim etməsinlər, çünki utanıram. Məni daha həyatda …

Bir cavab yazın