Şənbə , Noyabr 28 2020
Ana səhifə / Şou Biznes / Turan İbrahimovdan sərt açıqlama: “Özcan əqidəsiz mütrüf, Sırrı isə alçaq terrorçu küçüyüdür”

Turan İbrahimovdan sərt açıqlama: “Özcan əqidəsiz mütrüf, Sırrı isə alçaq terrorçu küçüyüdür”

“Özcan Dənizin erməni dilində mahnı oxuması məni də çox qıcıqlandırdı. Türkün ağzına ermənicə yaraşmır axı! Amma Özcan nə zibildi ki, onu bütün türkiyəli qardaşlarımızı qınayacaq qədər böyüdürsünüz”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov söyləyib.

O bildirib ki, Özcan Dənizin ermənicə mahnı oxuduğu verilişin aparıcısı olan Sırrı Sakık PKK terror təşkilatının siyasi qanadı olan HDP-nin deputatıdı və bu amili diqqətdən qaçırmaq olmaz:

“Hazırda Türkiyədə onun haqqında istintaq araşdırması gedir. Dəfələrlə Türkiyənin və türklüyün əleyhinə yönəlmiş çıxışları ilə diqqət çəkib.

HDP erməniləri dəstəkləyən PKK üzvlərinin sığındığı yerdir. Bir sözlə, Özcan əqidəsiz mütrüf, Sırrı isə alçaq terrorçu küçüyüdür. O iki satqına görə türkiyəli qardaşlarımızı qınamayın. Və ən əsası hansısa türk düşmənlərinə imkan verməyək ki, bizi qardaşlarımıza qarşı qaldırsınlar. Çünki hər an azərbaycanlıları və türkiyəliləri bir-birindən küsdürmək istəyən qüvvələr fürsət gözləyirlər. Buna imkan verməyək.

T.İbrahimov deyib ki, bəzi məşhurlarımız da əsl məsuliyyətsizlik edirlər:

“Durub öz uğursuzluqlarını, natamamlıqlarını reallıqları nəzərə almadan kinə-küdurətə çevirib, qusurlar. Nəzərə almırlar ki, çox yersiz şəkildə demoqogiya ilə məşğuldurlar. Məsələni Özcan, nə bilim kim miqyasından çıxardıb Azərbaycan ictimaiyyətini Türkiyə əleyhinə qaldırırlar. Bu da düşmənə bir başqa formada xidmətdir!”

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın