Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Şou Biznes / Tünzalənin “laçın vaxtları” qalmaqala səbəb oldu

Tünzalənin “laçın vaxtları” qalmaqala səbəb oldu

Əməkdar artist Tünzalə Ağayevanın instaqramdakı paylaşımı müzakirəsiz ötüşməyib.  “Qafqazinfo” xəbər verir ki, o, həmkarı İradə İbrahimova ilə gənclik fotosunu yayaraq “laçın vaxtlarımız” şərhini yazıb. 

Sosial şəbəkə istifadəçiləri Əməkdar artistin bu rəyini yanlış anlayaraq onu tənqid ediblər. Əksər izləyicilər müğənnini əvvəlcə “laçın” sözünü kiçik hərflə yazdığına görə qınayıblar (Laçın şəhəri ilə səhv salaraq) . Daha sonra isə onun laçınlıları ələ saldığını iddia ediblər. 

Yazdığı şərhin qalmaqala səbəb olduğunu bilən müğənni hesabının hekayə bölməsində “laçın” sözünün etimologiyasını açıqlayıb və “öyrənməkdə eyib yoxdur, həmişə fayda var”- deyə qeyd edib. 

Həmçinin oxuyun

“Həkim dedi ki, balanın 5 ay ömrü qalıb” – Zöhrə Abdullayeva uzun zaman sonra efirdə

Ötən il yeganə övladı olan oğlunu itirən Əməkdar artist Zöhrə Abdullayeva uzun zaman sonra efirə …