Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Şou Biznes / Tünzalə Ağayeva məşhur mahnısını hamamda yazıb – Video

Tünzalə Ağayeva məşhur mahnısını hamamda yazıb – Video

Xalq artisti Tünzalə Ağayeva sevilən mahnısının hamam otağında ərsəyə gəldiyini deyib.

ARB telekanalında yayımlanan “Özəl” proqramında qonaq olan sənətçi “Xoş gəldin, gülüm” mahnısı barədə danışıb:

“Moskvadan qayıdanda gördüm ki, mesaj gəlib. Və yazılıb: “Xoş gəldin, gülüm dünyama. Suyu qurumuş dəryama”. Dörd sətirlik bir mesaj idi, şeir formasında yazılmışdı.  Çox xoşuma gəldi. Mahnının söz yazarına dedim, gəl, bunu şeirə çevirək. Nəhayət sözləri hazırladıq. Bir gün vanna otağını təmizləyirdim, o zaman musiqisini bəstələdim. Əslində insanların təsəvvüründə bəstəkar daim piano arxasında olur, mahnı orada yazılır. Həmişə elə alınmır. Bəzən günəşin altında, ev təmizləyərkən də əsər yaranır. Bu özəl anlardır və ilk dəfə etiraf edirəm. Yazdığım mahnıların 90 faizində əsas nəqarət, yadda qalan hissədə düşünürəm ki, bu seviləcək”.

Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

“Kim deyir ki, qadağa var? Vallah, hər gün toydur“ – Aşıq Zülfiyyə

Pandemiya dövrü bir çox sahələri zəiflətdiyi kimi, toy və şou proqramlardan pul qazanan sənət nümayəndələrindən …