Ana səhifə / Şou Biznes / TQDK peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı keçirir

TQDK peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı keçirir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ölkənin bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir.

Virtualaz.org TQDK-nın mətbuat xidmətinə istinadən bildirir ki, imtahan 24 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Qusar, Xaçmaz) təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Əlavə olaraq, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

İmtahanın aparılması üçün 30 imtahan mərkəzi ayrılıb. Prosesin idarə edilməsinə 39 imtahan rəhbəri, 363 zal nəzarətçisi cəlb olunub. İmtahanlarda ümumilikdə 4448 şagirdin (Bakıda 1917, Gəncədə 344, Şəmkirdə 68, Gədəbəydə 98, Qazaxda 77, Tovuzda 111, Sumqayıtda 406, Abşeronda 124, Şamaxıda 60, Qaxda 85, Bərdədə 176, Göyçayda 123, Kürdəmir 61, Zərdabda 37, Şirvanda 94, Sabirabadda 95, Biləsuvarda 27, Salyanda 90, Saatlıda 98, Lənkəranda 38, Cəlilabadda 98, Qubada 80, Qusar 57, Xaçmazda 84) iştirak edəcəyi gözlənilir.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın