Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / TQDK ləğv edilsinmi?

TQDK ləğv edilsinmi?

Yaxın vaxtlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyinə birləşdirilməsi gözlənilir. Yerli KİV-də yer alan məlumatlara görə, Təhsil Nazirliyi ilə TQDK birləşdiriləcək, adıçəkilən qurumların bazasında Elm və Təhsil Nazirliyi yaradılacaq.

TQDK sədri Məleykə Abbaszadə komissiyanın ləğv ediləcəyini istisna etməyib.
“Müəyyən qurumlar birləşə, bəziləri ləğv oluna bilər. Ola bilsin ki, gələcəkdə TQDK da ləğv olunsun, ya da hansısa strukturun tabeliyinə verilsin. Dediyim kimi, bu, yalnız dövlət başçısının səlahiyyətində olan məsələdir”-deyə M.Abbaszadə qeyd edib.

TQDK-nın keçmiş sədri Vurğun Əyyub hesab edir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyi ilə eyni işi görməsi yalnış fikirdir.
Onun sözlərinə görə, nazirlik təhsil verməklə, TQDK isə təhsili qiymətləndirməklə məşğuldur.

V.Əyyubun fikrincə, TQDK müstəqil qurum olmalıdır: “TQDK nazirliyin tərkibində olarsa, bir çox fəsadlar ortaya çıxacaq: “Təhsil Nazirliyi öz işini qiymətləndirərkən nöqsanlarını, qüsurlarını ört-basdır etməyə çalışacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qazanılmış biliyin hansı səviyyədə olduğunu yoxlamaq, Təhsil Nazirliyini işini qiymətləndirmək üçün bir vasitədir”.

Millət vəkili Zahid Oruc Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyinə birləşdirilməsi ilə razılaşmır. O, TQDK-nın müsbət reputasiyası ilə seçilən dövlət qurumu olduğunu deyir.

“TQDK-nın ləğvi, nazirliyin tərkibində departamentə və ya şöbəyə çevrilməsi məqbul deyil. Ölkədə təhsilin vəziyyətini normal, obyektib qəbul hesabına müəyyənləşdirə bilirik. Bu, ölkənin korrupsiyaya uğramayan, normal şəkildə qanunu yerinə yetirən bir qurumu ləğv edib, nə qazanacağıq? Ona görə də Məleykə Abbaszadənin işinə görə müsbət dəyərləndirmək, onu hökumətin fəaliyyətinin optimallaşdırması siyasətində öz yerində saxlamaq, hətta ona əlavə səlahiyyətlər də vermək lazımdır”-deyə Z.Oruc bildirib. AzVision.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın