“Şourum” verilişi sənət adamları arasında sorğu keçirərək onları pərt edən hadisəni soruşublar.
Əməkdar artist Vasif Məhərrəmli toyda başına gələn hadisəni danışıb. O bildirib ki, ayağının altında qalan şüşə parçası başına bəla olub:
“Bir dəfə uşaqlar stəkanı sındırmışdılar. Ayağımın altında balaca qalığı qaldı, sürüşdüm. Tam yıxılmadım, özümü qorudum. Amma toyun ortasında şalvar cırıq-cırıq oldu, ayağım şişdi. Şalvar ayağımdan çıxmadı, kəsib çıxartdılar”.