Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Tovuzda yüksəkgərginlikli xətt evlərə gedən naqillərin üstünə düşdü

Tovuzda yüksəkgərginlikli xətt evlərə gedən naqillərin üstünə düşdü

Tovuzda yüksəkgərginlikli xətt qırılaraq evlərə gedən naqillərin üzərinə düşüb

Kəpəz TV (Region TV) xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində baş verən hadisə zamanı 100-ə yaxın sakinin elektirik avadanlıqları, sayğacları yanaraq yararsız hala düşüb. Səhər saatlarında baş verən hadisə zamanı naqillərdə yanğın baş verib ki, nəticədə naqillər dirəklərdən ayırılaraq yerə tökülüb. Qəfildən baş verən hadisə zamanı elektirikə qoşulu olan televizor, soyuducu və digər məişət əşyaları yüksək gərginliyə tap gətirməyərək sıradan çıxıb. Sakinlər bildirir ki, naqillərdə yaranan qısqaqapanma məktəb küçəsinə yaxın yerləşdiyindən onlarda ciddi narahatlıq yaradıb.

Aşağı Quşçu kəndində baş verən hadisə yerinə “Azərişıq” ASC-nin əməkdaşları gələrək yaranan problemi aradan qaldırmağa çalışıblar. Tovuz EŞ baş mühəndisi Musa Nağıyev hadisəyə subartezian quyusunun transformatorunda baş verən qəzanın səbəb olduğunu bildirib.

İdarə rəsmisi axşam saatlarına qədər kəndə elektirik verilişinin bərpa ediləcəyini də bildirib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın