Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Toppuş bacı“nın səsi batıb

“Toppuş bacı“nın səsi batıb

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva işindən birdəfəlik uzaqlaşmalı olub.

Bu barədə sənətçi özü məlumat verib. O bildirib ki, beynindəki şişlə əlaqəli səsini itirib, buna görə də işindən ayrılıb:

“Müalicəm evdə davam edir. Yanvarın 5-nə qədər gözləməliyik. Səsim batıb, heç vaxt açılmayacaq. Sol səs telimin siniri zədələnib. Bu xəstəliyin də müalicəsi yoxdur.

Buna görə də işimdən ayrılmağa məcbur oldum. Bir aktrisa kimi bunun nə demək olduğunu sözlə izah edə bilmərəm. Lazımi məbləği toplamağı da dayandırmışam. Çünki səsim olmadığı üçün canlı yayımda danışa bilmirəm. Dəyərli jurnalist dostlarımıza da demək istəyirəm ki, mənimlə yalnız votsap vasitəsilə əlaqə saxlayın”.

Qeyd edək ki, daha əvvəl daxili orqanlarında şiş aşkarlanan sənətçinin ötən aylarda beynində də xərçəng tapılıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …