Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Toppuş bacı” “Hummer” ALIBMIŞ

“Toppuş bacı” “Hummer” ALIBMIŞ

ATV kanalında yayımlanan “Bizimləsən” verilişində onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün müalicəsinə pul yığan əməkdar artist Tünzalə Əliyeva “(Toppuş bacı”) bir neçə ay öncə özünə “Hummer” markalı avtomobil alıbmış.

Sözügedən avtomobilə 25 min manat xərcləyən aktrisanın avtomobilinə sonradan həbs qoyulubmuş.

Xatırladaq ki, aktrisa sonradan verdiyi açıqlamada “Bizimləsən”də pulu xəstəliyi üçün deyil, evinin ipotekası üçün yığdığını etiraf edib:
“Mən bir həftədən artıqdır ki, Zaur Baxşəliyevin verilişinə çıxaraq müalicəmə deyil, mənzilin ipoteka kreditini ödəmək üçün pul yığıram. Mən özüm adamlardan yardım istəmişəm ki, mənə kömək etsinlər. Dostlarıma, həmkarlarıma və bütün Azərbaycan xalqına mənə pul göndərdikləri üçün təşəkkür edirəm”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …