Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Tolik biabır etdi: “Xaçmazın İcra başçısının 500 manatı yoxdusa…”

Tolik biabır etdi: “Xaçmazın İcra başçısının 500 manatı yoxdusa…”

Prodüser Tarix Əliyev(Tolik) Xaçmazda dəfn olunan şəhidimiz 22 yaşlı Elvin Azadxan oğlu Mirzəyevin başdaşı xərclərini qarşılayacaq.
Moderator.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib. Talış yüksəkliyi uğrunda şəhid olan ŞƏHİDİMİZƏ başdaşı qoyulmasına pul tapılmadığını eşidən Tolik əsəbiləşib:
“Xaçmazda yaşayan instagram dostlarımdan bir xahişim var. Mənə Elvin Mirzəyevin ailəsinin nömrəsini tapsınlar. Əgər Xaçmazın icra başçısının şəhidimizn qəbir daşını qoydurmağa 500 manatı yoxdursa, mən ona mərmərdən qəbir daşı qoyduraram. Allah bu Vətən uğrunda ölən hər bir şəhidimizə rəhmət eləsin. Mən bunu nəyəsə görə yazmıram ki, mənə tərif oxusunlar. Nömrəsini tapıb yazın mənə, sabah gedirəm Xaçmaza”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın