Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Toğrul Nərimanbəyovun mülkləri bölündü

Toğrul Nərimanbəyovun mülkləri bölündü

Xalq rəssamı mərhum Toğrul Nərimanbəyovun Moskvadakı mülkləri övladları arasında bölünüb.

Bu barədə hafta.az-a açıqlamasında mərhum rəssamın qızı Əsmər Nərimanbəyova məlumat verib. Onun sözlərinə görə, Nərimanbəyovun Moskva şəhərindəki emalatxanası mərhum rəssamın qızına verilib. Rusiya prezidenti tərəfindən bağışlanmış üç otaqlı evi isə məhkəmənin qərarı ilə ikinci həyat yoldaşı və oğlu Mikel Mirtoğrul arasında bölünüb. Moskva məhkəməsi yekun qərarı noyabrın 4-də verib. Xalq rəssamının Bakıda və Parisdəki mülkləri, rəsm əsərlərinin varis bölgüsü üzrə hələ də məhkəmə prosesi gedir.

Qeyd edək ki, Xalq rəssamı Toğrul Nərimanbəyov 2013-cü ildə 82 yaşında dünyasını dəyişib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın