Bazar ertəsi , İyul 6 2020
Ana səhifə / Şou Biznes / Tofoq Yaqublu və Əli İnsanovun işığı yandı – “Azərişıq”dan açıqlama

Tofoq Yaqublu və Əli İnsanovun işığı yandı – “Azərişıq”dan açıqlama

Yanvarın 2-si səhər saatlarından elektrik enerjisi təchizatından məhrum olan Qaradağ rayonundakı 13 saylı cəzaçəkmə müəssisəsində problem tam həllini tapəb.

“Azərişıq”ın mətbuat xidmərinin rəhbəri Tanrıverdi Mustafayev bir az əvvəl Musavat.com-un əməkdaşı ilə əlaqə saxlayaraq bu barədə məlumat verib. “Problemlə bağlı məlumat alan kimi bizim əməkdaşlar hadisə yerinə gedib, araşdırma aparılıb və bir neçə saatlıq çalışmalardan sonra bütün işlər yekunlaşıb. Artıq müəssisəyə normal şəkildə işıq verilir. Lakin elektrik enerjisinin olmadığı saatlarda da müəssisənin daxilindəki generatorlarla işıq verilib”.

Qeyd edək ki, 13-cü CM-də işıqların kəsilməsi barədə həmin müəssisədə cəza çəkən köşə yazarımız Tofiq Yaqubluya istinadən onun qızı Nigar Yaqublu məlumat vermişdi. Qeyri-iş günü olmasına baxmayaraq, Musavat.com həm Penitensiar Xidmətin, həm də “Azərişiq”ın mətbuat xidmətlərinin rəhbəri Yaşar İsakovla Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb problemlə bağlı onları məlumatlandırmışdı. Məhz onların operativ reaksiyasından sonra problem həllini tapdı.
Qeyd edək ki, sabiq nazir Əli İnsanov da bu müəssisədə saxlanılır.

Həmçinin oxuyun

Hovuzda istirahət edən aktrisa üzr istədi – Video

“Fairmont Baku”da dincələn aparıcı-aktrisa Mələk Heydərova üzr istəyib. M.Heydərova sosial şəbəkədə bildirib ki, hər kəs …

Bir cavab yazın