Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Tofiq Yaqublu həbsxanaya qaytarıldı – FOTOLAR

Tofiq Yaqublu həbsxanaya qaytarıldı – FOTOLAR

Qızı Nərgiz Yaqublunun vaxtsız dünyasını dəyişməsi ilə bağlı müvəqqəti azadlığa buraxılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Xatırladaq ki, T.Yaqublunun qızı aprelin 23-də Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. Bundan sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmət həbsdə olan T.Yaqublu yas mərasimində iştirak etmək üçün aprelin 24-də 7 günlük müvəqqəti azadlığa buraxılıb.
T.Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı həbs edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.
Azinforum.az həbsxanaya qaytarılan Tofiq Yaqublu ilə əzizlərinin vidalaşması zamanı lentə alınan ürəkparçalayan fotoları təqdim edir:

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın