Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Tikintisinə “Stop” qoyulmuş obyekt sahiblərinin xərcini kim ödəyəcək?

Tikintisinə “Stop” qoyulmuş obyekt sahiblərinin xərcini kim ödəyəcək?

Son bir neçə ildə Sumqayıtın küçə və prospektlərində, mikrorayon və məhəllələrində, demək olar ki, hər yerində qızğın tikinti işləri gedirdi. Keçmiş İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “səxavət kisəsi”nin ağzını açmışdı, heç kimin xətrinə dəymirdi. Bir balaca (əslində yekə) “tərləməklə” şəhərin harasında istəsən obyekt – filan tikmək üçün yer ala bilirdin. Hətta gözün tutubsa, ürəyinə yatıbsa, yol kəsişməsi olsun, piyada keçidinin üstü olsun, fərq etməzdi…

Bir aydan artıqdır ki, qulağı “tak – tuk”a, səs – küyə öyrənən şəhər sükuta qərq olub. Şəhərdə “qu” deyirsən, qulaq tutulur. Axı Sumqayıt sakinləri “qaynar” həyata alışıblar, zavodlar, fabriklər…Sonra da “tikinti – abadlıq” işləri…Və birdən ölü sükut…

Sumqayıtda qanunsuz olaraq piyada keçidlərinin üzərində, qadağan olunan ərazilərdə onlarla obyekt tikilib və tikilirdi. Zakir Fərəcov şəhərə icra başçısı yəyin edildikdən sonra tikilməkdə olan obyektlərin “qanı damarında dondurulu”, inşası dayandırıldı. Bu, deyək ki, təqdirəlayiq haldır. Bəs, vətəndaşlara dəyən maddi, lap elə mənəvi zərəri kim ödəyəcək? Eldar Əzizov, yoxsa Zakir Fərəcov? “Ömrü” yarımçıq qalan obyektlərin sahiblərini payızın uzun gecələrində yəqin ki, bu “sual – tapmaca” çox düşündürür. Ancaq “yüz fikir bir borcu ödəmir” – deyib dədələrimiz. Deməli, fikir eləməyə də dəyməz… Moderator.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın