Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Tiflisdə gürcülər Qəbələdən gedən azarkeşləri döydü

Tiflisdə gürcülər Qəbələdən gedən azarkeşləri döydü

Xəbər verdiyimiz kimi, dünən Avroliqanın ilkin təsnifat mərhələsi çərçivəsində Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Dinamo” – “Qəbələ” oyununda meydan sahibləri qələbə qazanıblar – 2:1.

Sport7.az saytının verdiyi xəbərə görə, Tiflisdə 3 insident yaşanıb.

Əvvəlcə oyuna Bakıdan “Qəbələ”yə azarkeşlik etmək üçün gələn “Sektor11” fan-klubunun 4 üzvü stadiona yaxın metrostansiya yaxınlığında “Dinamo”nun azarkeşləri tərəfindən döyülüb. Onların Azərbaycan bayrağı ilə, üstəgəl millimizin formaları ilə olması yerli azarkeşlərin qəzəbinə səbəb olub. Söz atışı nəticəsində isə bizim azarkeşlər döyülüb, paltarları cırılıb. Onlardan biri gözündən xəsarət alıb.

2-ci insident stadionun “Qəbələ”yə məxsus olan tribunasında yaşanıb. “Dinamo”nun son dəqiqələrdə vurduğu qoldan sonra “Qəbələ” azarkeşlərinin olduğu sektora yuxarı tribunalardan birindən petarda atılıb. Bu isə “Qəbələ”li azarkeşlərin hirslənməsinə səbəb olub. Onlar polis əməkdaşlarından yandırıcı fişəng atanların cəzalandırılmasını tələb ediblər. Bu isə polislərlə azarkeşlərimiz arasında yüngül insidentin yaşanmasına gətirib çıxarıb.

Ən nəhayət, “Qəbələ”nin azarkeşləri stadionu tərk edərkən “Dinamo” fanatları ilə münaqişə yaşanıb. Bu hadisə azərbaycanlı fanatların avtobusunun yaxınlığında baş verib. 3-cü insident zamanı ciddi xəsarət alanın olub-olmadığı bilinmir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın