Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Ticarətçilərə və sahibkarlara müraciət: – Kəmfürsətlik etməyin!

Ticarətçilərə və sahibkarlara müraciət: – Kəmfürsətlik etməyin!

Ötən 1 ayda Ukraynada və Qırğızıstanda təşkil olunan beynəlxalq konfranslara qatıldım. Bu mənim hər iki ölkəyə son 1 ildə növbəti səfərim idi. İlk diqqəti əlb edən ötən müddət ərzində Ukraynada qrivnanın və Qırğızıstanda isə somun dollara nisbətən 2 dəfəyə qədər dəyərsizləşməsi oldu. Amma sonrakı müşahidələrim göstərdi ki, həmin ölkələrdə xüsusilə də ərzaq qiymətlərində qiymətlər ciddi bahalaşmayıb.

Məsələn, Kievdə və Bişkekdə kafelərdə tam paketli günorta yeməyi 1,5-3 dollar arasında dəyişir, mağazalarda ərzağ məhsullarının qimətinə gəlincə, onlar Bakı ilə müqayisədə 2,5-3 dəyədək ucuzdur. Düşünürəm ki, Bakıda müşahidə olunan bahalaşmada süni qiymət artımının rolu böyükdür. Sankı, iş adamları belə həsas dövrlərdə daha çox qazanmaq fürsətini əldəbn vermirlər. Manatın dəyərsizləşməsi əsadən i birbaşa dxal qiymətlərinə təsir göstərməsinə baxmayaraq, onunla bərabər yerli məhsulların da qiyməti sürətlə bahalaşır. Mən bazarların qarşılıqlı əlaqəsi qanununun təsirini inkar etmək, bəzi yerli məhsulların istehsalında idxal xammalının rolunun nəzərdən qaçırmaq niyyətində deyiləm. Amma orta hesabla 50 faiz bahalaşma o deməkdir ki, bəzi ticarətçilər əvvəlki devalvasiyanın xərclərini də indiki ilə birlikdə hesablayaraq xalqın güzəranını daha pisləşdirirlər.

Odur ki, ticarətçilərə və sahibkarlara müraciət edirəm ki, fürsətçilik edib xərclərin gözlənilən artımının iki qatını bəri başdan hesablayıb, onu qiymətdə maddiləşdirməsinlər. Unutmasınlar ki, bununla qısa müddətli dövrdə qazanc əldə etsələr də, orta və uzun müddətli dövrdə alıcılıq qabliyyətinin aşağı düşməsinin əsas ağrısını onlar çəkəcəkdir.

Hökümətə tövsiyəm odur ki, qeyri-elastik məhsulların (çörək və digər əvəz edilə bilməyən ərzaq malları) əmtə bazarında qiymətinin formalaşması üçün rəqabətli mühit yaratsınlar və süni qiymət artımına nəzarəti gücləndirsinlər.

Qubad İbadoğlu

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın