Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Texnoloji Təhsil Qrupu yaradılacaq

Texnoloji Təhsil Qrupu yaradılacaq

Ölkədə texnologiya üzrə təhsil səviyyəsinin artırılması, təhsil standartlarının təkmilləşdirilməsi, o cümlədən müəssisələrin bu sahədə kadrlara olan ehtiyaclarının daha yaxşı ödənilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə Texnoloji Təhsil Qrupu (TTQ) yaradılacaq.

Bu barədə “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Sənəddə bildirilir ki, Təhsil Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə TTQ-nin fəaliyyət planını hazırlayacaq və fəaliyyət parametrlərinin ölçülməsi üçün müvafiq göstəriciləri və izləmə mexanizmlərini müəyyən edəcək. Bununla yanaşı, TTQ-nin tərkibi, vəzifələri, funksiyaları və maliyyələşmə mexanizmləri müəyyənləşdiriləcək.

Təşkilati, maliyyə və kadrlarla komplektləşmə məsələləri həll edildikdən sonra TTQ texnologiyaların tətbiqində və istifadəsində özəl sektorun səriştəlilik səviyyəsi və bu sahədə çatışmazlıqlarla bağlı zəruri araşdırmalar aparacaq. Araşdırma, ilk növbədə, rəqabətədavamlı işçi qüvvəsinin formalaşdırılması məqsədilə əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə mövcud tələbatın müəyyən edilməsinə istiqamətlənəcək. Bu məqsədlə kiçik və orta sahibkarlıq və iri sahibkarlıq subyektlərinin əmək resursları təhlil olunacaq, işçilərin biliklərinin qiymətləndirilməsi üçün tədbirlər həyata keçiriləcək.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın