Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Terrorizm və Dini Radikalizm təzahürlərinə qarşı” təşəbbüslərdə gənclərin roluna dair tədbir

“Terrorizm və Dini Radikalizm təzahürlərinə qarşı” təşəbbüslərdə gənclərin roluna dair tədbir

05-06 dekabrabr 2016-cı ildə “Polisə Dəstək” İB Masallı Dövlət Regional Kollecinin geniş akt zalında Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Soyqırım, Dini Radikalizm və Terrorizm təzahürlərinə qarşı təşəbbüslər” mövzusunda rayon polis şöbəsinin müvafiq sahələri üzrə əməkdaşlarının, ictimai şuraların, ictimaiyyətin polislə bərabər çalışdığı nümayəndələrinin (ictimai polis), Masallı Dövlət Regional kolleci rəhbərliyinin, pedaqoqların və tələbə gənclərin iştirakı ilə geniş seminar-mühazirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov iştirakçılara Möhtərəm Prezident İlham Əliyevin cinayətarlıqla mübarizə siyasətinin formalaşdırılmasında və onların zərərləşdirilməsində gənclərin iştirakını vacib məsələlərdən biri kimi qeyd edərək Terrorizm və Dini Radikalizm hallarının beynəlxalq aləmdə genişlənməsini insanlığa yönələn və xüsusi amansızlıqla törədilən faktları ağır cinayətlər kateqoriyasına aid etmiş, Azərbaycanda isə belə əməllərin olmamasını bilavasitə, Azərbaycan polisinin, təhlükəsizlik xidməti işçilərinin vətəndaş cəmiyyəti ilə qarşılıqlı, gərgin fəaliyyətlərini, ölkədə kiçik xalqların mədəniyyətlərinə və dinlərinə dövlət tərəfindən göstərilən qayğının canlı təcəssümü olaraq diqqətə çatdırmışdır.
Sonra məruzə üçün söz “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyevə verilmiş. O, seminar iştirakçılarına ölkədə multikultural dəyərlərin dövlətin daxili siyasətinə uyğun tərzdə qorunması və Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun artması barədə məlumat vermiş, terrorizm və dini radikalizm təzahürlərinə qarşı mübarizədə hər bir Azərbaycan vətəndaşının, hər bir kosmopolit-dünya vətəndaşının kənarda qalmamasını, hər kəsin vətənə, xalqa və dövlətə olan sədaqətini nümayiş etdirməsini diqqətə çatdırmışdır.” Çünki bu cinayətlər insanlıq və ictimai təhlükəsizlik əleyhinə, dövlətin siyasi sütunlarına və beynəlxalq təşkilatların fəaliyyətinə yönələn xüsusilə ağır, mütəşəkkil cinayətlər təsnifatına aiddir. Əhali arasında vahimə, beynəlxalq aləmdə sülhə təhlükə yaradır. Soyqırımdan danışılırsa, ilk növbədə erməni işğalçılarının Xocalı, Kəlbəcər, Laçın, Şuşa və digər işğal olunmuş Azərbaycan ərazilərində dinc əhaliyə qarşı qətliamların üzərində dayanmalıyıq. Azərbaycan ziyalısı bu haqda da geniş məlumatlara malik olmalı, onu imkanları daxilində benəlxalq aləmə çatdırmağı bacarmalıdır”-deyə çıxışına yekun vurmuşdur.
Sonra layihə ətrafında Kollecin müəllimi Nazim Məmmədov, Dilarə xanım Mürşüdova, tələbələrdən Şingiz Ağayev çıxış edərək fikir və mülahizələrini bildirmişlər.
Sonda verilən suallar cavablandırılmış və QHT Şurasının maliyyə dəstəyi ilə çapdan çıxmış “Terrorizm – XXI əsrin müharibəsi” kitabının Masallı Dövlət Regional Kollecində təqdimatı keçirilmişdir.

 

m4

m5

m3

m2

m1

 
“Polisə Dəstək” İB-nin
Mətbuat xidməti

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın